0
Monday 3 May 2021 - 14:51

Yəməndən işğalçı İsraili qəzəbləndirən addım!

Story Code : 930504
Yəməndən işğalçı İsraili qəzəbləndirən addım!
Yəmən KİV-nin verdiyi məlumata görə, Fələstin əvəzinə Sionist rejimi işğal altındakı torpaqların sahibi kimi tanıtdıran xəritələrin rəsm olunduğu, UNİCEF tərəfindən göndərilmiş 786 məktəb çantası Yəmən tərəfindən rədd edilib.

Yəmən təhlükəsizlik xidməti ötən gün Əl-Hudeyda limanında UNİCEF-in "yardım" adı altında göndərdiyi, əslində isə İsrailin işğalçı siyasətini təbliğ edən çantaları ələ keçirib. UNICEF çantaları Əl-Hudeyda əyalətindəki şagirdlərə paylamağı planlaşdırırmış.

Yəmən rəsmiləri bildirib ki, daha öncə də ABŞ və İsrail sionist rejimin təbliği məqsədi ilə "yardım" adı altında oxşar addımlar atıb.