0
Sunday 13 June 2021 - 21:55

Müqavimət raketlərinin atəşinin qarşısını ala bilmədik

Story Code : 937901
Müqavimət raketlərinin atəşinin qarşısını ala bilmədik
İşğalçı İsrail ordusunun Baş Qərargah rəisi Avi Koxavi, keçmiş Baş Qərargah rəisi Libken Şahakın ölümünün ildönümü münasibətilə təşkil edilən konfransda deyib: "İsrail strateji bir qələbə əldə etməsi üçün Qəzzə və Həmas mövzusunda aydın siyasətlər yürütməlidir."

Avi Kuxavi əlavə edib: "İsrail ordusu Qəzzədəki müqavimət qruplarına hücumlarını daha soyuqqanlılıqla dəyərləndirməlidir. Taktiki qələbələr mütləq davamlı sülhə səbəb olmur."

Sionist rejim Ordusunun Baş Qərargah rəisi etiraf edib: "Ordu qüvvələri, Qəzzaya qarşı son əməliyyatlar zamanı Fələstinin Müqavimət qruplarının raket və mərmilərinin qarşısını almaqda aciz oldu."