0
Wednesday 16 June 2021 - 22:54

Bayden Putinlə İranı da müzakirə edib

Story Code : 938427
Bayden Putinlə İranı da müzakirə edib
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimer Putinlə görüşdən sonra hansı mövzular haqda danışıqlar aparıldığından söz açıb.

Bayden deyib: "Putinə İranın nüvə silahına yiyələnməsi ehtimalına görə narahat olduğumu bildirdim. Rusiya da İranın nüvə silahına yiyələnməməli olduğu ilə bağlı bizimlə həmfikirdir. Cənab Putin mənə bildirdi ki, Əfqanıstan və İranla bağlı bizə kömək edəcək və Liviya ilə Suriyada sülhün bərqərar olunmasında bizə yardımçı olacaq.

Qeyd edək ki, İran Ali Dini Lideri Ayətullah Xamenei dəfələrlə bildirib ki, İran İslam Respublikası nüvə silahı istehsal etməyi şəri baxımdan belə haram hesab edir və heç zaman belə bir silah hazırlamaq ardınca olmayıb. Amma işğalçı İsrail rejimi və Amerika İranın nüvə silahı istehsal etmək istədiyi barədə tez-tez yalan informasiyalar yayır.