0
Thursday 17 June 2021 - 00:14

Sudan İsrail ilə normallaşma sazişinə görə peşman olub?

Story Code : 938434
Sudan İsrail ilə normallaşma sazişinə görə peşman olub?
Sionist və Amerika mediasının Ərəb ölkələrinin sionist rejimlə normallaşma müqavilələrindən sonra böyük mənfəətlər əldə etdiyi haqda geniş təbliğatına baxmayaraq, bu günlərdə bunun tam əksi ilə bağlı xəbərlər yayılır. Belə ki, normallaşma sazişindən təxminən səkkiz ay sonra həmin ölkələrə verilən bir çox vəd yerinə yetirilməyib.

Cannews televiziyası bu gün məlumatlı mənbələrə istinadən xəbər verib ki, Sudan hökuməti sionist rejimlə münasibətlərin normallaşması və güzəştli bir razılaşma imzalamasının nəticələrindən narazı olan ölkələrdən biridir.

Ağ Ev 2020-ci ilin oktyabrında Donald Trampın rəhbərliyi ilə Sionist rejim və Sudan arasında razılaşma imzalanmasına yardımçı olmuşdu.