0
Tuesday 23 August 2011 - 12:02

Fransanın Ermənistana havadarlığı

Story Code : 93902
Fransanın Ermənistana havadarlığı
Fransanın Ermənistana havadarlığı
Ermənilərin havadarı olan fransızların daha bir nümayəndəsi Fransa Milli Məclisinin silahlı qüvvələr üzrə komissiyanın sədri Qi Tese qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı çıxış edib. Ermənistan mətbuatının verdiyi məlumatına görə, Tese bildirib ki, Dağlıq Qarabağla tanış olmaq və münaqişə haqqında ən yaxşı təsəvvürə malik olmaq üçün özü ilə yanaşı 3 həmkarını gətirib: “Biz niyə susmalıyıq? Və niyə deməməliyik ki, bu torpaqda çox dərin tarixi köklərə malik olan insanlar yaşamaq hüququna malikdir. “Ermənistana baş çəkərək biz bu ölkə ilə öz dostluğumuzu, Dağlıq Qarabağa baş çəkərək isə bu ölkə ilə öz həmrəyliyimizi göstəririk”. Tese bildirib ki, Fransa və Dağlıq Qarabağ arasında parlamentlərarası əlaqələr ənənəvidir: “Fransua Roşbluanun başçılığı alında sonuncu dəfə bir neçə il ərzində Fransa parlamentinin nümayəndə heyəti artıq bir neçə dəfə Dağlıq Qarabağa baş çəkirdi və hətta “qara siyahıda” Azərbaycan da olub. Biz dostlarımıza baş çəkərək nə pis şey edirik? Bəs biz bu azad ölkəyə baş çəkmək və dostlarımızla azad görüşmək hüquqlarına malik deyilik?”

Fransız parlamentinin xarici əlaqələri üzrə komissiyanın katibi Ven Jak Remile şəhərinin meri isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz böyük simpatiyasını ifadə etmək üçün Dağlıq Qarabağa şəxsən özü gəlib: “Qarabağ camaatı öz müstəqillik bəyannaməsi və beynəlxalq cəmiyyət tərəfindən tanınma hüququna malikdir, necə ki, Kosovo”. /XezerXeber/
Related Stories
Comment