0
Sunday 4 July 2021 - 10:56

Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb

Story Code : 941506
Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb
“Report” xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının mətbuat mərkəzinə istinadən "Xovar" agentliyi bildirib.

Agentliyin məlumatına görə, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq, əfqan hərbçilərinə 5-ci sərhəd zastavası "İstiklol"la 6-cı sərhəd zastavası "Sariqor" arasındakı qorunan sahə vasitəsilə respublikanın ərazisinə keçməyə icazə veriblər.

Xəbərdə qeyd edilir ki, əfqanlar “talibançı”ların ciddi müqavimətindən sonra şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.