0
Saturday 31 July 2021 - 14:37

İraqda İŞİD silahlılarının hücumu zamanı 7 nəfər ölüb, 17 nəfər yaralanıb

Story Code : 946080
İraqda İŞİD silahlılarının hücumu zamanı 7 nəfər ölüb, 17 nəfər yaralanıb
APA xəbər verir ki, bu barədə yerli “Al Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum Salahəddin əyalətinin Yasrib şəhəri yaxınlığında İŞİD terror qruplaşmasına bağlı silahlılar tərəfindən həyata keçirilib.

Dəfnlə bağlı xidmət göstərən avtomobilə hücum zamanı ölənlər xidmətin əməkdaşları, mülki şəxslər və İraq təhlükəsizlik xidmətinin nümayəndələridir.