Rusiyanın Əfqanıstandakı səfiri “Taliban” qruplaşmasının nümayəndələri ilə görüşəcəyi tarix müəyyənləşib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.
Görüş 17 avqustda gerçəkləşdiriləcək. Əsas müzakirə mövzusunun diplomatik missiyanın təhlükəsizliyi məsələsi olacağı vurğulanıb.