0
Monday 4 October 2021 - 12:09

Bəhreynli gənclər Fələstin bayrağı ilə İsrail rejiminin səfirliyinə etiraz etdilər

Story Code : 957107
Bəhreynli gənclər Fələstin bayrağı ilə İsrail rejiminin səfirliyinə etiraz etdilər
İsrail rejiminin xarici işlər naziri Yair Lapidin səfəri və Manamada İsrail rejiminin səfirliyinin rəsmi açılışı ilə əlaqədar Bəhreyndə etirazlar davam edir.

Bəhreyn vətəndaşları İsrail rejiminin Manamadakı səfirliyi qarşısında toplaşaraq ölkələrinin Təl-Əvivlə münasibətlərinin normallaşmasına qarşı şüarlar səsləndiriblər.

Fələstin mübarizəsini dəstəkləmək üçün əllərində Fələstin bayraqları tutan nümayişçilər, ərəb dövlətlərinin işğalçı sionist rejimlə münasibətlərinin normallaşmasının əleyhinə olduqlarını qeyd ediblər.

Bu arada, Bəhreynin Sitra adası da bu gün bəhreynlilərin ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşmasını pisləyən nümayişlərə şahid olub. Bəhreyn təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün onlara hücum edərək gözyaşardıcı qaz və plastik güllələr atıb.

Nümayiş iştirakçıları əllərində sionist rejimlə əlaqələrini pisləyən plakatlar tutublar. /Deyerler/
Related Stories