0
Wednesday 13 October 2021 - 19:09

İmran Xan: Pakistanla İran sərhəddi sülh və dostluq sərhədidir!

Story Code : 958562
İmran Xan: Pakistanla İran sərhəddi sülh və dostluq sərhədidir!
Bu gün Pakistan Baş naziri İmran Xan, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşündə Pakistan-İran sərhədini sülh və dostluq sərhədi olaraq xarakterizə edib. İmran Xan bildirib ki, hər iki tərəfin təhlükəsizliyi artırmaq üçün atdığı addımlar olduqca əhəmiyyətli tədbirlər olub.

Pakistan Baş naziri İran rəsmisi ilə görüşdən məmnunluğunu ifadə edərək, Pakistan və İran arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndiyini və bundan sonra bu əlaqələrin daha da artacağını bildirib.

Tərəflər sərhəd bazarları təsis edilməsi ilə bağlı da razılıq əldə edərək, bu qərarın hər iki ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini qeyd ediblər.