0
Sunday 17 October 2021 - 09:17

Fransada 40 mindən çox etirazçı küçələrə çıxdı

Story Code : 959116
Fransada 40 mindən çox etirazçı küçələrə çıxdı
APA “France Info” radiosuna istinadən xəbər verir ki, bu barədə resrublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin gün ölkədə ümumilikdə 171 aksiya baş verib. Parisdə, təxminən 5 min, Lionda isə 400 nəfər aksiyalarda iştirak edib.

Polis tərəfindən 5 nəfər etirazçı saxlanılıb. Polislərdən xəsarət alan olmayıb.

Bildirilib ki, ötən şənbə günü etiraz aksiyalarında 45 min nəfər iştirak edib.

Qeyd edək ki, əhalinin narazılığının əsas səbəbi sanitariya qadağalarının genişləndirilməsidir. Avqustun 9-dan kafe, restoran, muzey, kinoteatr, böyük ticarət mərkəzlərini ziyarət edərkən, eləcə də şəhərlərarası dəmir yolu və hava səyahətləri zamanı COVID-19 sertifikatı təqdim etməlidirlər.

Daha əvvəl hökumət bildirib ki, sanitariya məhdudiyyətlərinin etibarlılığını, ehtiyac olarsa, 31 iyul 2022-ci ilə qədər uzadıla bilər.