0
Sunday 17 October 2021 - 17:41

Səudiyyə rejimi Yəmən ordusunu dayandırmaq üçün İranı vasitə etmək istəyir

Story Code : 959187
Səudiyyə rejimi Yəmən ordusunu dayandırmaq üçün İranı vasitə etmək istəyir
Yəmən silahlı qüvvələri və könüllülər son bir ay ərzində Mərib əyalətində olduqca əhəmiyyətli irəliləyişə nail olublar. Yəmən ordusunun ölkə torpaqlarını muzdlulardan təmizləmə əməliyyatı yüksək sürətlə davam edir. Bu gün Mərib şəhərinin cənubundakı Əl-Əbdiya bölgəsi bir neçə günlük mühasirədən sonra tamamilə Səna hökumətinin nəzarətinə keçib.

"Əl-Xəbər Əl-Yəməni" saytı iraqlı mənbələrə istinadən xəbər verib ki, hazırda Bağdadda olan Səudiyyə Ərəbistanı nümayəndə heyəti, İran nümayəndə heyəti ilə danışıqlar apararaq, Yəmən ordusunun və könüllü qüvvələrin irəliləmələrini dayandırmağa çalışır.

Səudiyyə Ərəbistanı bu mövzu ilə bağlı Tehran rəsmilərindən vasitəçilik etmələrini xahiş ediblər. Yəmən ordusu hər ötən gün istefa vermiş (Mənsur Hadi) hökumətin əsas bazası olan Mərib şəhərinin azad edilməsinə daha da yaxınlaşır.

Mənbələr bildiriblər ki, İran nümayəndə heyəti Səudiyyə Ərəbistanının istəyini İran Xarici İşlər Nazirliyinə və Tehrandakı diplomatik məmurlara çatdıracağını söyləyib.