0
Monday 18 October 2021 - 01:32

İranın Baş Qərargah rəisi Rusiyaya getdi

Story Code : 959231
İranın Baş Qərargah rəisi Rusiyaya getdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başlayıb.

Bu barədə Publika.az IRNA-ya istinadla xəbər verir.

Məhəmməd Baqeri dörd gün Rusiyada qalacaq və bu müddət ərzində Rusiya tərəfinin yüksək rütbəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək .

Rusiyanın müdafiə naziri Serqey Şoyqudan başqa briqada generalı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla da danışıqlar aparacaq.
Related Stories