0
Thursday 21 October 2021 - 19:13

Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

Story Code : 959864
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Suriyanın Ədliyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ölkə cinayət məcəlləsinin terrora qarşı mübarizə qanununa əsasən terror aktlarını və hücumlar həyata keçirən 24 şəxs barədə edam hökmü ötən gün icra edilib.

Əlavə edilib ki, edam hökmü ölkənin Kassasiya Məhkəməsinin və Əfv Komissiyasının rəyindən sonra icra edilib.

Qeyd edilib ki, daha 11 şəxs ciddi rejimdə cəza şəkməklə ömürlük azadlıqdan məhrum ediliblər.
Related Stories