Görüş əsnasında əl-Fəyyaz "Həşdi Şabi"nin İraqdakı demokratik sistemi qoruyan əsas qüvvə olduğunu və heç kimin qanun çərçivəsindən başqa heç bir yolla ona hücum etməyə haqqının olmadığını söyləyib.
Əl-Fəyyaz bildirib ki, "Həşdi Şabi"nin vəzifəsi təhlükəsizlik qüvvələri ilə birlikdə ölkənin təhlükəsizliyini və sabitliyini qorumaqdır.
"Ölkədə diktatorluğun yaranmasına və ya demokratiyanı sarsıtmasına icazə verməyəcəyik", - deyə əl-Fəyyaz söyləyib.
"Həşdi Şabi" qurumunun rəhbəri əlavə edib ki, "Həşdi Şabi" qüvvələrinin qanun və konstitusiyaya sadiq olduğunu və siyasi müzakirələrə qarışmadığını da sözlərinə əlavə edib. /Eastnews/