İran və Azərbaycan əlaqələri daha da inkişaf edəcək
Story Code : 960316
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bir tvittdə yazıb: İran İslam Respublikası və Azərbaycan Respubliksı xeyli ortaqlıqlara malik olan iki müsəlman qonşulardır.
Əmir Abdullahiyan azərbaycanlı həmkarı ilə son telefon danışıqlarına diqqət çəkərək yazıb: Cənab Ceyhun Bayramovla birlikdə hərtərəfli münasibətlərin irəliyə doğru yol xəritəsi barədə açıq,səmimi və konstruktiv danışıqlar apardıq. İki dövlət və iki millət arasındakı əlaqələr qarşılıqlı hörmət sayəsində inkişaf etməkdədir.