0
Monday 25 October 2021 - 00:17

Ərdoğanın addımı lirəni daha da dəyərdən saldı?

Story Code : 960337
Ərdoğanın addımı lirəni daha da dəyərdən saldı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kavalanın məhkəməsi ilə bağlı etirazlarına görə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini “persona non grata” elan etməsindən sonra Türkiyədə dollarının qiymətinin daha da artacağı gözlənilirdi.

Son göstəricilərə əsasən, 1 ABŞ dolları 9,74 türk lirəsinə bərabərləşib. Bu isə rekord göstəricidir.