0
Thursday 28 October 2021 - 08:31

BMT: Sudanın Baş naziri hələ də ev dustaqlığındadır

Story Code : 960786
BMT: Sudanın Baş naziri hələ də ev dustaqlığındadır
APA-nın məlumatına görə, bunu BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

Dujarrikin sözlərinə görə, Hamduk hazırda ev dustağıdır, lakin Perves onunla görüşə bilib.

BMT nümayəndəsi əlavə edib ki, BMT-nin Sudandakı agentliklərinin işində hələlik heç bir dəyişiklik baş verməyib: “Tərəflərdən heç biri bizə hər hansı dəyişiklik barədə məlumat verməyib, iş davam edir”.

Qeyd edək ki, həftələrlə davam edən etirazlardan sonra Sudan hərbçiləri bazar ertəsi gecə ölkənin baş naziri Abdullah Hamduku, həmçinin, bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burhan ordunun gənclər inqilabına cavabı olaraq ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib.
O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.
Related Stories