Fələstin Muxtariyyətinin xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əhməd əl-Deik "Əl-Məyadin" şəbəkəsinə verdiyi müsahibə zamanı deyib:
"HƏMAS Fələstinin siyasi xəritəsinin vacib parçasıdır. Biz onu görməməzlikdən gələ bilmərik!"
Əl-Deik əlavə edib:
"Biz təkcə İsraillə üz-üzə gəlmirik. Digər təsir gücünə malik olan ölkələrlə də tez-tez baş-başa gəlirik. Bu səbəbdən Fələstin torpaqlarını azad etmək üçün bir olmağımız vacibdir!"