0
Monday 22 November 2021 - 11:09

ABŞ-da şənlik faciəyə dönüşdü - 5 nəfər dəhşətli şəkildə öldürüldü

Story Code : 964802
ABŞ-da şənlik faciəyə dönüşdü - 5 nəfər dəhşətli şəkildə öldürüldü
ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində sürücünün avtomobili kütlənin üzərinə sürməsinə nəticəsində 5 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hadisə zamanı xəsarət alanların sayı isə 40 nəfəri ötüb.

APA-nın xəbərinə görə, nəqliyyat vasitəsi Yeni il ilə bağlı tədbirə yığışan insanları əzib.

Polis hadisənin törədildiyi avtomobili tapıb, sürücünün şəxsiyyəti müəyyən edilib. Bu gün şəhərin məktəblərində dərs olmayacaq. Hadisə baş vermiş küçə isə istintaq bitənədək bağlı qalacaq.
Related Stories