0
Tuesday 23 November 2021 - 08:03

İran: “Azərbaycanla münasibətlər yeni mərhələyə qədəm qoyub”

Story Code : 964975
İran: “Azərbaycanla münasibətlər yeni mərhələyə qədəm qoyub”
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə İslam Respublikası ilə Azərbaycan arasındakı hazırkı münasibətləri barəsində danışarkən deyib.

O, qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri münasibətlərin normallaşmasını sübut edir.

“İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və həmin səfər də bunun təsdiqi oldu. Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”, - deyə XİN rəsmisi əlavə edib.

Xətibzadə qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlmişdi. ("Report")