0
Wednesday 24 November 2021 - 22:28

Çin ABŞ-ın Tayvanı sammitə dəvət etməsinə cavab verdi

Story Code : 965296
Çin ABŞ-ın Tayvanı sammitə dəvət etməsinə cavab verdi
“Reuters”in məlumatına görə, ABŞ Dövlət Departamenti demokratiya sammitinin qonaqları siyahısına 100-dən çox ölkənin adını daxil edib.

Bunların arasında Tayvanın da adı var. ABŞ “Vahid Çin” prinsipini qəbul etdiyi səbəbindən Tayvanı müstəqil ölkə olaraq tanımadığını iddia etsə də, dəvət olunan ölkələr siyahısında Tayvanın da adı görünür. ABŞ bu azmış kimi Çin və Rusiyanı sammitə dəvət etməyib.

Çin və Rusiyadan başqa ABŞ-ın siyasətinə qarşı çıxan Belarus, Macarıstan, Şimali Koreya, Venesuela və Nikaraqua kimi bir sıra ölkələrin də adı siyahıda görünmür.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian Tayvanın sammitə dəvət olunması qərarını pisləyib və ABŞ-ı Tayvanın separatçı rəhbərləri ilə sövdələşməyə son qoymağa çağırıb.
Related Stories