Bu barədə "Report" “Associated Press”ə istinadən xəbər verir.
Yeni Orleana gedən səyahət gəmisinin göyərtəsində olan 10 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub.
Ümumilikdə gəminin göyərtəsində 3 mindən çox insan var.
Bütün sərnişinlərdən koronavirus testindən keçmələri tələb olunacaq.
2020-ci ilin aprel ayında Naqasaki limanında Yaponiyanın "Costa Atlantica" səyahət gəmisində 150-yə yaxın insan COVID-19-a yoluxmuşdu.