0
Saturday 18 December 2021 - 12:15

ABŞ Rusiya ilə Avropada təhlükəsizlik sahəsində dialoqa hazır olduğunu bildirib

Story Code : 969069
ABŞ Rusiya ilə Avropada təhlükəsizlik sahəsində dialoqa hazır olduğunu bildirib
APA-nın xəbərinə görə, bunu ABŞ Prezidentinin təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Biz Rusiya ilə dialoqa hazırıq. Bizim Avropada təhlükəsizlik sahəsində Rusiya ilə dialoqumuz 20 il davam edib. Biz bəzi sahələrdə irəliləyiş əldə edə bilərik. Digər sahələrdə razılaşmaya da bilərik. Dialoqun mahiyyəti budur” - deyə Sallivan vurğulayıb.

“Fundamental anlamda bizim strategiyamızın mahiyyəti müttəfiqlərlə sıx koordinasiya şəraitində vahidliyi təmin edərək Rusiya ilə masa arxasına əyləşməkdir. Bu yolla biz lazımi formada müzakirələr apara bilərik” - deyə Sallivan fikrini yekunlaşdırıb.