0
Tuesday 11 January 2022 - 12:16

BHFP sazişi ilə bağlı razılaşma əldə edilməsi ehtimalı artıb

Story Code : 973010
BHFP sazişi ilə bağlı razılaşma əldə edilməsi ehtimalı artıb
Reuters-in müxbiri İdris Əli öz Twitter hesabında yazıb: "Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verdiyi açıqlamada bildirib ki, İranın nüvə fəaliyyəti ilə bağlı "Birgə Hərtərəfli Fəaliyyət Planı" (BHFP) razılaşmasının yenidən qüvvəyə minməsi ehtimalı yüksəlib."

Bundan əvvəl Ryabkov Rusiya və ABŞ arasında Cenevrədə bağlı qapılar arxasında keçirilən danışıqlardan sonrakı çıxışda ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanəti tələbi ilə bağlı təkliflərini ciddi qəbul etdiyini bildirmişdi.

Danışıqlardan sonra jurnalistlərə açıqlama verən Ryabkov jurnalistlərə deyib: "Danışıqlar uzun, çətin və hərtərəfli idi. Biz belə qənaətə gəldik ki, Amerika tərəfi Rusiyanın təkliflərini ciddi qəbul edib..."