0
Sunday 16 January 2022 - 10:00

Çexiya prezidenti Pekin Olimpiadasını boykot etməyi pisləyib

Story Code : 973858
Çexiya prezidenti Pekin Olimpiadasını boykot etməyi pisləyib
APA xəbər verir ki, bu barədə prezident Çinə gedən Çexiya millisinin üzvlərinə videomüraciəti zamanı bildirib.

“Mən Olimpiada ideyasından siyasi məqsədlər üçün sui-istifadənin kökündən əleyhinəyəm. Biz bunu keçmişdə - Moskvada (1980-ci il Yay Olimpiya Oyunları) və Los-Ancelesdə (1984-cü il Yay Olimpiya Oyunları) yaşamışıq. Bu cür boykota yönəlik fikirlər idmançılar tərəfindən deyil, yalnız siyasətçilər tərəfindən səsləndirilir. Düzünü desəm, bəzi siyasi funksionerlər Olimpiadada olmasa, dəhşətli heç nə baş verməyəcək”, deyə prezident vurğulayıb.

Qeyd edək ki, dekabrın 6-da ABŞ 2022-ci il Pekin Olimpiadasını diplomatik boykot elan edib, o cümlədən rəsmilərin Çinə getməsinə icazə verilməyib. Lakin yarışda amerikalı idmançılar iştirak edəcək. ABŞ-ın təşəbbüsü Avstraliya, Böyük Britaniya və Kanada tərəfindən dəstəklənib. Hollandiya da Pekində keçiriləcək Oyunlara hökumət nümayəndə heyətini göndərməmək qərarına gəlib, lakin krallığın səlahiyyətliləri bunu onların boykotları ilə əlaqələndirmir.

Xatırladaq ki, XXIV Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək.