Vaşinqton BHFP sazişinə qayıtmaq üçün ön şərt qoyduğunu rədd etdi
Story Code : 975562
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Robert Malinin İranda həbsdə olan amerikalı casusların azad edilməsi ilə bağlı açıqlamaları Vaşinqtonun İranla bir neçə il öncə imzalanmış BHFP sazişinə qayıtması üçün ilkin şərt deyil!
Bu barədə Ned Prays bildirib ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malinin İranda həbsdə olan 4 amerikalı casusun azad edilməsinin zəruriliyi ilə bağlı açıqlamaları yeni mövzu deyil. Bu məsələ dəfələrlə gündəmə gətirilib. Bu, Vaşinqtonun BHFP sazişinə qayıtması üçün ilkin şərt deyil və nüvə məsələsindən ayrı mövzudur.
Ned Prays həmçinin bəyan edib ki, ABŞ BHFP sazişi məsələsində İranla birbaşa danışıqlara hazırdır və uzun müddətdir ki, İranla birbaşa görüş və danışıqların, ən yaxşı yol olduğunu inanır.