0
Saturday 10 September 2011 - 23:03
Haartez:

İrana qarşı terrorun səbəbi embarqoların təsirsizliyindən yaranan qəzəbdir

Story Code : 97847
İsrail - İran
İsrail - İran
“IslamTimes” xəbər verir ki, Yusa Məlman Haartezdə çap olunmuş qeydlərində bildirir ki, İran məntəqədəki təbəddülatlardan istifadə edərək öz nüvə proqramlarını genişləndirir. Bu qeydlərin tam mətni cümə günü 2 sentyabr 2011-ci il tarixində çapa gedib.

Uyğun yazılarda iddia edilir ki, dünya ölkələrinin diqqətinin ərəb inqilablarına yönəlməsindən faydalanan İran öz nüvə proqramlarını genişləndirib.

Bu məqalədə sizlərə adı çəkilən mətndən bir sıra nöqtələri xatırladacğıq.
Beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq üçün Qərb mətbuatında manşetlər ərəb inqilablarına həsr olunub. Nəticədə İran üçün fürsət
yaranıb. Bu fürsətdən bacarıqla faydalanan İran nüvə sahəsində Şimali Koreya ilə həmkarlığını genişləndirib və nüvə proqramını inkişaf etdirib. İran atom-enerji təşkilatının rəisi Firidun Abbasi Dəvani bu həftə elan edib ki, İran uranın zənginləşdirilməsini davam etdirəcək.

O əlavə edib ki, Nətənz mərkəzində uranın zənginləşdirilməsi 20 %-dək artırılıb. Bu iş Qum yaxınlığında Fordo mərkəzində davam etdirilir. O bildirib ki, məqsəd Tehran reaktorunda tibbi yönlü izotopların istehsalıdır.

Qərb təhlükəsizlik xidmətləri İranın nüvə proqramlarını əngəlləmək üçün son günlər fəaliyyətlərini gücləndiriblər. Diplomatik təzyiqlərlə yanaşı iqtisadi embarqolar gözlənilən
nəticəni verməyib. Bundan sonra İrana qarşı bir neçə vəhşi terror əməliyyatı həyata keçirilib.

Mossad və SİA-nın saxta qrumları İran bazarına istifadəyə yararsız nüvə qurğuları çıxarıblar. İran internet şəbəkəsində problemlər yaratmış virus da bu qəbildəndir. 2007-ci ildən başlayaraq İran nüvə mütəxəssislərinə qarşı 5 terror hadisəsi həyata keçib. Bu terrorlardan bəzisində alimlər vəhşicəsinə qətlə yetirilib.

Amma İran nüvə proqramının davamında israrlıdır. O bu mübarizə meydanında düşmənlərdən daha qərarlıdır. Qərb təhlükəsizlik orqanlarının Almaniya mətbuatına çıxmış bəzi məxfi sənədləri İranla Şimali Koreya arasında həmkarlığın artmasından
danışır. Hətta Şimali Koreyanın atom partlayışının dəqiq veb variantını İrana təqdim etdiyi xəbər verilir. Bu gizli informasiyaya əsasən, Tehranla Pxenyan arasında 100 milyon dollarlıq müamilə baş tutub. Hətta iranlı mütəxəssislər üçün nəzərdə tutulmuş xüsusi təlim planları Tehrana ötürülüb.

Mossad təşkilatının sabiq rəisi Meyer Dagan proqnozlaşdırmışdı ki, İran 2014, 2015-ci ilədək ilk atom silahını hazırlayacaq. Bəzi başqa beynəlxalq mütəxəssis və diplomatlar İranın atom bombası hazırlamaq fikrində olmadığını düşünür. 

Məntəqədə böyük müttəfiqlərini itirmiş, Fələstin xalqını qətliam etməklə günü-gündən terrorist simalı
bir rejimə çevrilən İsrail bu gün İran İslam Respublikasına qarşı sərt ittihamlarla çıxış edir. Uzun müddətdir ki, İranın Atom Elektrik Stansiyaları fəaliyyətinə Beynəlxalq Atom Enerjisi Agentliyinin kameraları vasitəsilə 24 saat ərzində nəzarət olunur. Bu stansiyalarda hər şey şəffaf şəkildə cərəyan edir və indiyədək ən kiçik qanun pozuntusuna belə yol verilməyibdir. Amma bütün bunlara baxmayaraq bəzi qüvvələr iddia edir ki, Tehran fövqəladə imkanlar əldə edir ki, zərurət yaransa atom bombası yarada bilsin.

İran atom silahı istehsal edəcəyi halda belə bir problemlə üzləşir: Bunu elan etsin, yoxsa İsrailin yolunu gedərək ikili siyasət yolunu seçsin.
Related Stories
Comment