Lavrov: Qərbin qeyri-legitim sanksiyaları təşkilatçılara məqsədlərinə çatmağa kömək etmir
Story Code : 995309
SalamNews "RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bunu malili həmkarı Abdoulay Diopla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Əminliklə deyə bilərik ki, bu cür qeyri-qanuni sanksiyalar onların təşkilatçılarının bəyan etdiyi məqsədlərə çatmağa kömək etmir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.