Medinski: Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır
Story Code : 995646
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Belarusun "ONT" telekanalına müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq. Amma bir daha vurğulayıram: sülh danışıqlarının davam etdirilməsi üçün top Ukraynanın tərəfindədir. Danışıqların dondurulması tamamilə Ukraynanın təşəbbüsüdür. Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Buraya ən yüksək səviyyədə olan görüşlər də daxildir", deyə Medinski bildirib.
Onun sözlərinə görə, bunu Vladimir Vladimiroviç Putin dəfələrlə təsdiqləyib.
"Yeganə məsələ ondan ibarətdir ki, prezidentlər arasında görüşün baş tutması üçün ciddi hazırlıq lazımdır. Yəni, dövlət başçıları şəkil çəkdirmək üçün deyil, yekun razılaşmalar əldə etmək, sənədləri imzalamaq üçün görüşməlidirlər", deyə Medinski əlavə edib