ABŞ-ın İran məsələləri üzrə nümayəndəsi Robert Mali İranla nüvə müzakirələri ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edib.
Amerikanın İran üzrə nümayəndəsi İrana qarşı maksimum təzyiq siyasətinin uğursuzluğunu etiraf edərək deyib:
"İranın nüvə proqramı ilə bağlı ən yaxşı seçim BHFP nüvə sazişinə qayıtmaqdır."
Robert Mali həmçinin etiraf edib ki, Bayden administrasiyası İrana qarşı tətbiq etdiyi sanksiyaların heç birini belə ləğv etməyib.