0
Thursday 22 December 2016 - 23:10

Şeyx Nimrin edamının ildönümü ərəfəsində Səudiyyədə etiraz aksiyaçı keçirilib

Story Code : 593867
Related FileEtirazçılar “Zillət bizdən uzaqdır” şüarları ilə başda Şeyx Nimr Baqir Nimr olmaqla digər şəhidlərin xatirəsinə rejim əleyhinə aksiya keçiriblər. Edam edilmiş şəhidlərin cənazələrinin qaytarılmasını tələb edən aksiyaçılar hərəkatın davam edəcəyini vurğulayıblar.

Xatırladaq ki, Səudiyyə rejimi cari ilin yanvarın 2-də Şeyx Nimr Baqir Nimri şəhid edib. Şeyx Nimr 2012-ci ildə Qətifdə hakimiyyət əleyhinə aksiyalardan sonra tutuldu. Ona qarşı əsassız və gülünc ittihamların ardından Səudiyyənin Cinayətlər Məhkəməsi onun kütlə qarşısında asılaraq və başının bədənindən ayrılaraq edam edilməsi haqda hökm vermişdi.

Səudiyyənin bu edamı İslam dünyasında və eləcə də beynəlxalq təşkilatlar arasında böyük səs-küyə və etirazlara səbəb oldu.
Source : Islaminsesi
Comment