0
Sunday 24 March 2019 - 13:40

MBH-nın üzvü xarici ölkədə sifarişlə həbs edildi

Story Code : 784929
MBH-nın üzvü xarici ölkədə sifarişlə həbs edildiAnar Cabbarov Türkiyədə saxta ittihamla tutulub. Onu əvvəlcə sənəndlərində problem olması adı ilə polisə aparıb və qanunsuz olaraq 3 gün saxlayıblar. Daha sonra polis idarəsinə “naməlum” zəng gəlib və Anar Cabbarov polis bölməsindən Binkılıç Göç İdaresinə aparılıb. Orada 4 gün saxlanaraq haqqında dəqiqləşmə aparıldığı və tezliklə buraxılacağı deyilib. Bu müddət ərzində Anar Cabbarovun vəkili dövlət idarələrindən dəqiq məlumat ala bilməyib. Martın 21-də Anar Cabbarovu Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıblar. Orada səfirlik əməkdaşları ilə Türkiyə məmurları arasında qısa danışıq olub və A.Cabbarov yenidən Binkılıç Göç İdaresinə geri qaytarılıb. Martın 22-də vəkili Anar Cabbarovla görüşə gedib və həmin vaxt şahidi olub ki, A.Cabbarovu yenidən Azərbaycanın İstanbul Baş Konsulluğuna aparırlar. Vəkilə deyilib ki, Anar Cabbarov bəzi sənədlərin dəqiqləşməsi üçün aparılır və bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb, Türkiyə dövləti tərəfindən Azərbaycan Konsulluğuna verilib. Günorta saatlarında isə Anar Cabbarov Azərbaycana gətirilib. Onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar.
Related Stories
Comment