0
Thursday 7 March 2024 - 13:17

Qərb Ukraynanı məğlubiyyətə sürükləyir - Silah-sursat tükəndi

Story Code : 1120926
Qərb Ukraynanı məğlubiyyətə sürükləyir - Silah-sursat tükəndi
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Silah-sursat çatışmazlığı və gələcək yardımla bağlı qeyri-müəyyənlik Ukraynanın əməliyyat planlamasını məhdudlaşdırır. Bu, həmçinin hazırda Rusiya ordusuna müqavimət göstərən Ukrayna Silahlı Qüvvələrini çətin qərarlar qəbul etməyə məcbur edəcək.

ABŞ institutu Prezident Vladimir Zelenskinin bu il əks-hücum əməliyyatı keçirmək planları barədə açıqlamasını da xatırladıb. Ukrayna lideri bildirmişdi ki, əsas vəzifə ərazinin müdafiəsi olaraq qalır.

Zelenskinin sözlərinə görə, Rusiya mayın sonu – iyunun əvvəlində yeni hücuma hazırlaşır. Onun fikrincə, bu, Ukraynanın öz əks-hücumunu hazırlamaq və başlamaq imkanını daha da gecikdirəcək.

 
Comment