Teleqraf.com xəbər verir ki, jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.