0
Sunday 7 April 2024 - 21:27

Cozef Borel İsrailin işğalına son verilməsini tələb etdi!

Story Code : 1127420
Cozef Borel İsrailin işğalına son verilməsini tələb etdi!
AB-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib ki, Qəzza müharibəsinin dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin icra olunması vacibdir.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Cozef Borel şənbə günü axşam bildirib ki, Aİ Qəzzaya humanitar yardım göstərməyə davam edəcək və təhlükəsiz keçidlərin yaradılmasın və yardım təşkilatlarının işçilərinə dəstək verməyə çağırıb.

Cozef Borel çıxışına davam edərək deyib: “Atəşkəs əldə olunanda və girovlar azad ediləndə siyasi dəyişiklik olmalıdır”.

Aİ-nin xarici siyasət rəsmisi əlavə edib: “İki dövlətli həll yolu davamlı sülh yaratmaq üçün yeganə yoldur”.

Cozef Borel deyib: “Biz Qəzzada müharibənin dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin icrasını tələb edirik”.


 
Comment