0
Monday 8 April 2024 - 17:23

İsrail İran konsulluğuna ABŞ-İran münasibətlərini gərginləşdirmək üçün hücum edib

Story Code : 1127558
İsrail İran konsulluğuna ABŞ-İran münasibətlərini gərginləşdirmək üçün hücum edib
Axar.az xəbər verir ki, bu barədə Oman məsələləri üzrə ekspert Cavad Mirqluvi Bayat danışıb.

“Oman “Əqsa tufanı” əməliyyatından sonra İran və ABŞ arasında gizli danışıqlar məkanıdır. Maskatda edilən tənzimləmələr əməliyyatın bütün bölgəyə yayılmaması və geri dönüşü olmayan bir nöqtəyə çatmaması üçün vacibdir. Unutmayın ki, Abdullahianın səfəri aprelin 2-si baş tutmalı idi, lakin İsrailin İranın Suriyadakı konsulluğuna hücumu səbəbindən bu səfər təxirə salındı. Demək istəmirəm ki, İsrail bu danışıqların getdiyini və Abdullahianın ora gedəcəyini bilib həmin gün konsulluğa hücum edib. İsrailin məqsədlərindən biri İran və ABŞ arasındakı Maskat danışıqlarını pozmaq ola bilər”, - o bildirib.
Comment