0
Thursday 11 April 2024 - 12:41

Finlandiya Prezidenti: NATO Rusiya ilə mümkün toqquşmaya hazır olmalıdır

Story Code : 1127988
Finlandiya Prezidenti: NATO Rusiya ilə mümkün toqquşmaya hazır olmalıdır
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

O, NATO liderlərinə Kreml ilə bağlı ritorikalarında daha aqressiv olmaları və bunun əvəzində potensiallarını artırmalarıın vacibliyi barədə xəbərdarlıq edib.

Bununla belə, Finlandiya dövlət başçısı Rusiyanın NATO ölkələrinə 2030-cu ildən əvvəl hücum edəcəyinə inanmadığını diqqətə çatdırıb:

“Əlbəttə, bu ssenariyə hazırlaşmalıyıq. Amma məncə, bunun reallaşması o qədər də inandırıcı deyil. Mövcud təhlükədən yayınmaq üçün ən pis ssenariyə hazır olmaq lazımdır”.

A.Stubb söyləyib ki, yaxın aylarda Kiyevə dəstəyin artırılması hər şeydən vacibdir: “Çünki Rusiya özünü çox inamlı hiss edir”.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer də alyansla Rusiya arasında mümkün toqquşma barədə xəbərdarlıq etmişdi.
Comment