“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC televiziyası məlumat yayıb.
Hakimiyyət orqanları təmsilçilərinin sözlərinə görə, onlar Sirakyus (Nyu-York) avtomobil oğurluğunda şübhəli bilinən şəxsin ünvanına göndəriliblər. Asayiş keşikçiləri evə daxil olanda onlara atəş açılıb. Atışma nəticəsində şübhəli şəxs öldürülüb.
Yaralı polislər xəstəxanaya çatdırılsalar da, orada ölüblər.