0
Tuesday 16 April 2024 - 13:24
İranın XİN rəsmisi Xunta İsrail rejiminə xəbərdarlıq etdi

Baqiri: İranın növbəti cavabının miqyası saniyələr içində olacaq

Story Code : 1129029
Baqiri: İranın növbəti cavabının miqyası saniyələr içində olacaq
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əli Baqiri bu müsahibədə deyib: “Sionistlər Dəməşq cinayətində strateji səhvə yol verdilər və bu, İranın öz hərbi və müdafiə imkanlarının sınağı üçün legitimlik təmin etdi. Əgər bunu etməsəydilər, bu şərtlər yerinə yetirilməzdi. Mövcud şəraitdə sionist rejimdə hər hansı bir rasionallıq varsa, öz səhvlərini təkrarlamamalıdırlar”.
Baqirinin sözlərinə görə, sionistlər başqa bir səhvə yol versələr, daha güclü, daha sürətli və dərhal vurulacaqlarını gözləməlidirlər. Bilməlidirlər ki, onların 12 günü olmayacaq. Alacaqları cavab günlərlə, saatlarla deyil, saniyələrlə ölçüləcək.
Baqiri qeyd edib: “Biz gərginlik axtarmırıq və gərginlik bölgədə yayılmasın deyə bütün imkanlarımızı işə saldıq. Amma eyni zamanda, milli təhlükəsizliyimizin və suverenliyimizin pozulmasına imkan verməyəcəyik. Bu bir prinsipdir. Bütün çərçivələr buna əsaslanır. Amma rejim buna əməl etmək istəmirsə, biz öz maraqlarımıza əsaslanaraq qərar qəbul edəcəyik”.
İranın dövlət rəsmisi xatırladıb ki, kim hər hansı bir şəkildə rejimə dəstək vermək istəsə, İranın silahlı qüvvələri onun maraqlarını hədəfə alacaq. Eyni zamanda İran region ölkələrinin dayağıdır və onları əmin edir ki, İran qeyri-sabitliyə imkan verməyəcək.
 
Source : SaharTV
Comment