0
Thursday 30 October 2014 - 12:43

ABŞ təyyarəsi qəzaya uğrayıb

Story Code : 417245
ABŞ təyyarəsi qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatının Ventura dairəsində hərbi təyyarələrdən biri qəzaya uğrayıb.  Hadisə yerli vaxtla saat 17:13-də (Bakı vaxtı ilə 04:13) qeydə alınıb. Bu barədə əraziyə cəlb edilən yanğınsöndürmə departamentinin nümayəndələri KİV-ə xəbər verib.  İlkin məlumatlara görə, insident zamanı pilotun dünyasını dəyişdiyi bildirilir. Bundan başqa, Ventura dairəsi hərbi-dəniz bazası nümayəndələri təyyarənin kiçik məsafələrə uçuş üçün nəzərdə tutulan “Atac” tipli hərbi təyyarə olduğu qeyd edilir.  Qəza barədə ətraflı məlumat verilməsə də, pilotun təyyarəni endirməyə cəhd edərkən yerə çırpıldığı deyilir.  /deyerler/
Comment