0
Friday 18 April 2014 - 15:33

Suriyanın “öz övladları” Ərdoğanı kürəyindən bıçaqladı

Story Code : 374558
Suriyanın “öz övladları” Ərdoğanı kürəyindən bıçaqladı
Suriyanın “öz övladları” Ərdoğanı kürəyindən bıçaqladı
Fars Xəbər Agentliyinə danışan Suriyalı müxaliflərin liderlərindən Əli Salim Əsəd üç ildən bəri davam edən və heç bir sülh nəticələri əldə edilməyən Suriya böhranının həlli üçün BMT-nin Suriyada əli qanlı terroristlərə dəstək verən ölkələrə və xüsusilə Səudiyyə Ərəbistanı və Türkiyəyə təzyiq tətbiq etməsinin zəruriliyini qeyd etdi.

Əsəd BMT-nin bu ölkələrə təzyiq tətbiq edərək radikal terroristlərin Suriya torpaqlarına girmələrinə mane olmasının lazım olduğunu vurğuladı.
Suriyalı müxaliflərin meydana gətirdiyi milli vəhdət hərəkatı liderlərindən Əsəd bəzi bölgələrdə Suriya ordusu ilə terroristlərə qarşı mübarizə etdiklərini, ancaq bu vəziyyətin Bəşər Əsəd rəhbərliyini dəstəklədikləri mənasını vermədiyini ifadə etdi.
Baş nazir Ərdoğanın “Suriyanın öz övladları” dediyi müxaliflər tərəfindən edilən bu açıqlama Ərdoğanın kürəyindən vurulduğu şərhlərinə səbəb oldu.
Source : İslamtimes
Comment