0
Thursday 7 August 2014 - 11:07

Bu gün İran və ABŞ arasında nüvə müzakirələri keçiriləcək

Story Code : 403537
Bu gün İran və ABŞ arasında nüvə müzakirələri keçiriləcək
Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf öz "Twitter" səhifəsində yerləşdirib, - "RİA Novosti".
Hər iki nümayəndə heyəti İranın nüvə proqramını müzakirə edəcəklər. Verilən məlumata əsasən, ABŞ-ın nümayəndə heyətinə başçılığı, bu ölkənin dövlət katibinin müavini Uilyam Berns edəcək. Danışıqlarda həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şermand da iştirak edəcək. /Deyerler/
Comment