0
Thursday 18 May 2023 - 11:24
Rəisi Nikbət günü ilə bağlı müraciət edib

Nikbət günü bəşər tarixinin ən ağrılı faciələrindən biridir

Story Code : 1058554
Nikbət günü bəşər tarixinin ən ağrılı faciələrindən biridir

SəhərAzəri-nin məlumatına əsasən, Müraciıtdə deyilir:
1948-ci il mayın 14-ü bəşər tarixinin ən ağrılı faciələrindən birini xatırladır. Bu məşum hadisə dünyada son yüz ilin ən uzun və ən kədərli siyasi və insani böhranına, Qərbi Asiya regionunda geniş gərginliyin yayılmasına, Fələstin torpaqlarının mütəşəkkil işğalına və qəddarlıqla qəsb edilməsinə, məzlum fələstinlilərin öldürülməsinə və qanun pozuntusuna səbəb oldu. Bu müqəddəs torpağın əsl sakinlərinin elementar hüquqlarıın pozulmasından 75 il keçdi.
Haqlı olaraq “Nikbət günü” adlandırılan bu faciədə aparteid rejiminin formalaşması ilə milyonlarla fələstinli öz ata-baba yurdlarından didərgin düşdü. Fələstinli əsirlərə qarşı sərt və qəddar davranışlar, müsəlman və xristian müqəddəsliklərinin təhqir edilməsi və bu torpaqların sakinlərinin dini etiqad azadlığından məhrum edilməsi, fələstinli fəalların və sadə insanların məqsədyönlü şəkildə qətlə yetirilməsi, fələstinlilərin ev və təsərrüfatlarının, iş yerlərinin dağıdılması və sionist yaşayış məntəqələrinin yaradılması beynəlxalq qətnamələrə zidd olmaqla bərabər bu rejimin qara tarixinin səhifələrindən olaraq beynəlxalq hüququn, insan haqlarının və humanitar hüquqların fundamental prinsiplərinin pozulması deməkdir. Təbii ki, bu rejimin qərb tərəfdarları, xüsusən də ABŞ hökuməti onun cinayətlərində şərikdirlər.
Sionist rejimin son aylarda Qəzzə zolağının müxtəlif bölgələrinə, xüsusilə yaşayış binalarına geniş miqyaslı hücumu, İordan çayının qərb sahilində isə Fələstin xalqına qarşı qeyri-insani hərəkətləri və Qüds-Şərifdə islami müqəddəslərin təhqir olunmasını davam etdirməsi, Fələstin vətəndaşlarının məqsədyönlü şəkildə öldürülməsi daha çox daxili böhranlardan xilas olmaq üçün həyata keçirilib.
Aralarında fələstinli qadın və uşaqların da olduğu onlarla dinc sakinin şəhid olmasına səbəb olan bu cinayətlər son 75 ildə bu rejimin dövlət terrorizminin konkret təzahürüdür.
18 ildən artıqdır ki, Qəzzə sakinləri böyük humanitar böhran şəraitində dünyanın ən böyük təbii həbsxanasında amansız mühasirədə yaşayırlar. Qəzzə zolağının qeyri-qanuni və qeyri-insani mühasirəsinin və sionist rejimin bu region xalqına qarşı davam edən cinayətlərinin davam etdirilməsi beynəlxalq hüququn təməl prinsiplərinin, insan haqları və humanitar hüquqların kobud şəkildə pozulmasıdır və təəssüf ki, yalançı insan haqları iddiaçılarının susması və hərəkətsizliyi aparteid rejiminin daha çox təkəbbürə səbəb olur.
İran İslam Respublikası Fələstin xalqını dəstəkləmək istiqamətində işğal olunmuş ərazilərin azad edilməsini və Fələstin xalqının haqq işini və qanuni müqavimətini dəstəkləməyi vurğulayır, paytaxtı Qüds-Şərif olan bütün tarixi Fələstin torpaqlarında müstəqil və vahid dövlətin qurulmasını tələb edir.
Fələstin torpaqlarının bütün əsas sakinlərinin, o cümlədən müsəlman, xristian və yəhudilərin iştirakı ilə ictimai referendumun keçirilməsi işğal böhranının siyasi həlli üçün İranın demokratik planıdır. Bu, xalqın müqəddəratını və siyasi sistemi təyin etmə yolunda vacib məsələdir.
 
Source : Sahartv
Comment