0
Wednesday 1 November 2023 - 13:12

İsrailə məhəbbət yoxsa...

Story Code : 1092657
İsrailə məhəbbət yoxsa...
On illərdir sürən İsrail-Fələstin müharibəsi son günlər ən çətin dönəmini yaşayır. Şübhəsiz bunu doğuran obyektiv və subyektiv səbəblər fonunda dünya xalqları hakimiyyətlərdən fərqli olaraq böyük əksəriyyəti Fələstinə dəstək nümayiş etdirdi. Bu sırada Azərbaycan dövləti də Fələstin xalqının acısını bölüşərək ona maddi yardımda belə bulundu. Lakin ölkə mediası daha çox İsrail dəstəyi, Fələstin nifrəti püskürməklə mövzu ilə bağlı incə bir nöqtəyə diqqət çəkir ki, bu da öz növbəsində belə bir sual yaradır: Görəsən bütün gücünü nümayiş etdirməklə İsraili dost, Fələstini düşmən göstərməyə çalışan media mənsublarımızın həqiqi hədəfi nədir ki, belə bir fikrin formalaşdırılmasında səfərbər olsun? Xalqın İsrail və Fələstin həqiqətlərini görməkdə müxtəlif manevrlər edən bu qurumların hər şeyi olduğu kimi görməyə maniə yaratma səbəbi nədən qaynaqlanır? Doğurdanmı onların söylədiyi kimi İsrail dost, Fələstin bizə düşmən dövlətdir? Yoxsa burada tamam başqa bir səbəb anti fələstin təbliğatının əsasını təşkil edir?! Təkcə hakimiyyət mənsubları deyil, hətta siyasi baxımdan ona oppenent olan əks cəbhənin belə hər vəchlə saxta məlumatları doğru, soyqırımı törədən İsraili “məzlum” olaraq təqdim edilməsi bu məsələdə gizlənən həqiqi səbəblərin incələnməsinə xüsusi ehtiyac duyur. Görəsən nə səbəbdir ki, inanclılardan başqa hər kəs (əlbəttə bu “hər kəs” də daha çox siyasi tərəflər cəmlənib) İsrailin Erməni soyqırımına ad verdiyi küçəni Fələstinin bağlamaqla xalqda yanlış fikir formalaşdırmağa çalışır?! Hər halı ilə artıq neçə neçə on illikləri aşan İsrail qətliamı elə qəbul olunan ondan artıq BMT qətnamələri əsasında Fələstin torpaqlarını işğal edən İsrail deyil, Fələstin ittiham hədəfinə alınıb? Qərbin əsarətində olan media Azərbaycan kütləsinə sırımaqda olan Fələstin rəsmilərinin çıxışlarındakı söz və fikirləri təhrif etməklə güya onların Ermənistanın dostu, Azərbaycanın düşməni olaraq göstərməsi arxasında səbəb həqiqətdə daha dərin köklərə malikdir. Azərbaycanın öz hesabına aldığı silah arsenalına görə İsraili özünə dost kimi göstərmək isə böyük sual və təəccüb obyektidir. Hansı ki, o silahların bəziləri kodlaşma səbəbindən hətta ikinci Qarabağ savaşı dövründə belə istifadə edilə bilmədi. Bəs səbəb nədir? Səbəbi təkcə İsrailə neft satışı ilə də məhdudlaşdırmaq da səhv olardı. Hansı ki, Azərbaycan İsrailin əsas neft idxalçısı olaraq ilk pillədə olması heç kəs üçün gizlin deyil. Ancaq simpatiya təkcə iqtisadi əlaqələrlə də məhdudlaşmır. Bu gün Fələstini hədəfə alan və İsrailə dəstək nümayiş etdirən tərəflər incələnərkən üzə çıxan ortaq nöqtə onların hədəflərində olan səbəbi tam aydınlada bilir. Bu İslam və bu dinin mənsublarına qarşı nifrətin özüdür. Mindən artıq inanclının həbsi, onları “İran cəsusu” olaraq təqdim etməyə çalışan bu media orqanları, monitor arxasından İsrailin həqiqətlərini gizlədib Fələstinə rəngli böhtanlar yağdırmağa davam edənlərin əsil hədəfi qəlblərində barışa bilmədikləri din və inanclılara nifrətdir. Bu məsələnin həqiqəti üçün sizə kiçik bir ipucu kifayətdir, lütfən bu mövzuda danışanların əqidə durumlarına diqqət göstərsəniz deyilənlərin şahidi olacaqsınız. İslam və inancların böyük işgəncə yaşadığı bu günlərdə bir neçə istiqamətli İsrail sevdalıların həqiqətin elə xəbər paylaşımlarından inanca ünvanlanan hədəfini başa düşdüyü halda oynadığı ikili oyun İslama nifrətdən qaynaqlanan ədavətin təzahüründən başqa bir şey olmadığı gün kimi aydındır. Bu İsrailə sevgi və Fələstinə nifrət yox, İslamın qüdrəti müqabilində aciz durumun gəldiyi nəticədir.
Comment