0
Friday 4 November 2011 - 17:50

Livanda İran və Suriya səfirlərinə qarşı terror planı

Story Code : 111668
Livanda İran və Suriya səfirlərinə qarşı terror planı
Livanda İran və Suriya səfirlərinə qarşı terror planı
“IslamTimes” Avropada təhlükəsizlik qüvvələrinə bağlı mənbələrdən nəql edir ki, Beyrutda və Livanın digər məntəqələrində Hizbullah üzvlərinin oğurlanması, İranın Livandakı səfiri Qəzənfər Rüknəbadi və Suriya səfiri Əli Əbdül Kərim Əlinin terroru planlaşdırılır.

Mənbə yaxın zamanlarda bu əməliyyatların həyata keçəcəyini mümkün sayır. Hizbullah üzvlərinin girov götürülməsində
məqsəd onları BƏƏS rəhbərləri ilə dəyişməkdir. Ali-Casim, Şibli əl-İsmi bu sıradan olan şəxslərdir.

Əməliyyatı həyata keçirməli olanlar iddia edirlər ki, Hizbullah üzvləri son dövrlərdə Livana qaçmış suriyalıları təqib edir. Almaniya Təhlükəsizlik qüvvələrinə bağlı mənbə bildirir ki, bu məqsədlə Livanda məsihi, sünni-sələfi qüvvələr, Avropadakı muzdurlar hazırlıq keçir. Onlar Hizbullah və
Suriya dövlətini zəiflətmək üçün nəzərdə tutulmuş əməliyyatları icra etməlidirlər.

Fransa Təhlükəsizlik qüvvələrinin açıqlamalarına əsasən də, Hizbullah, İran və Suriya səfirləri hədəfdədir. Onlar terror əməliyyatlarının Bəşar Əsəddən ayrılmış “Suriya azadlıq ordusu” adlanan qüvvələr tərəfindən reallaşacağını bildirirlər. Hazırda bu təşkilatın başçısı Türkiyədə gizlənir.
Livan prezident qvardiyasının sabiq rəisi terror icraçılarını tanıtdırmışdır.

Digər tərəfdən Livanın “Ən-nəşrə” informasiya agentliyi sabiq qvardiya rəisi, sabiq baş nazirin müşavirini terror icraçısı kimi qeyd edir. Həririnin müşaviri Səqər Livan parlamentinin üzvüdür. Həriri kabinetinin süqutundan sonra o Brüsselə gedib. Sabiq qvardiya rəisi Mustafa Həmdan deyir ki, Səqər Brüsselə sürgün
edilməyib. O Brüsseldə suriyalı müxalifətçi Məhəmməd Rəhalla danışıqlar aparır və bütün bu proseslər Səudiyyə Şahzadəsi və Suriya prezidentinin sabiq müavininin nəzarəti altında gedir.

Həmdan qeyd edir ki, parlament fraksiyasının üzvü Cəmal əl-Cərrah müxaliflər üçün Livandan Suriyaya avtomobil qaçaqmalçılığı ilə məşğuldur.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment