0
Thursday 17 November 2011 - 16:06

ABŞ-ın himayə etdiyi ölkələrdə terrorizm 135 % artıb

Story Code : 114711
ABŞ-ın himayə etdiyi ölkələrdə terrorizm 135 % artıb
ABŞ-ın himayə etdiyi ölkələrdə terrorizm 135 % artıb
2011-ci ildə aparılmış bu araşdırmaya əsasən, Amerikanın himayəsi həmin dövlətdə ABŞ-ın özünə qarşı terror qruplarını fəallaşdırır.

Amerikanın hərbi yardımları ilə terror hücumları arasında rabitə

London iqtisadiyyat və politologiya institutu və Eskes universitetinin mütəxəssisləri maraqlı bir təhqiqat işi aparıblar. Bu təhqiqat işində Amerikanın hərbi yardımları ilə Amerikaya terror hücumları arasındakı rabitə öyrənilir.

ABŞ-ın hərbi yardımları və amerikalıların gözünü çıxaran tüstü

Bu elmi araşdırmada maraqlı nöqtələrdən biri budur ki, Amerikanın xarici siyasəti ilə Amerikaya terror arasında bağlılıq ilk dəfədir analiz olunur.

Araşdırmanın nəticələrinə görə terroru həyata keçirən ölkələr adətən ABŞ qüvvələrinin yerləşdiyi və Ağ Evin hərbi yardımlarından faydalanan ölkələrdir.

Amerikaya qarşı terror və 568 qurban

“Amerika əleyhinə xarici terror” adlı məqalə “sülh araşdırmaları” jurnalının yeni nüsxəsində çap olunmuşdur. Bu məqalədə terrorizmə hakim qanunlar nəzərdən keçirilir. London iqtisadiyyat unversitetinin professoru
Erik Nyumayer və Eskes universitetinin prfessoru Toms Plomber məqalənin müəllifləridir.

Onlar 1978-2005-ci illər arasında Amerika əleyhinə terror olaylarını araşdırır. Onların məqsədi budur ki, həmin terror üçün başlanğıc olan ölkələr də nəzərdən keçirilsin.

Araşdırmanın nəticələrinə görə Amerikaya qarşı 91 ölkə terror iştirakçısı olub və bu hücumlarda 568 amerikalı dünyasını dəyişib. 11 sentyabr hücumunda yalnız təyyarədə ölənlər hesaba alınıb. Məqalənin müəllifləri öz araşdırmalarında riyazi arqumentlərə istinad edirlər. Onlar Amerikanın müdaxilələri ilə terror hadisəsi arasındakı asılılığı dəqiqləşdiriblər.

ABŞ-ın hərbi yardımlarının artması ilə bir vaxtda terror təhlükəsinin 135 % güclənməsi

Araşdırmadan aydın olur ki, Amerikanın hərbi yardımları terror əməliyyatlarına birbaşa təsir göstərir. Son hərbi yardımlar isə terrorizmin 135 % artması ilə nəticələnib. Silah satışındakı artım terrorun 109 % artımı ilə nəticələnib. Amerikanın xarici ölkədə hərbi qüvvələrinin yerləşdirilməsi terrorizmi 24 % artırıb.

Bu nəticələrin Ərəbistan
tərəfindən təsdiqi


Nəzərdən keçirilən asılılığı Ərəbistan da təsdiqləyir. 1995-ci ilədək bu ölkə vətəndaşları ABŞ-a qarşı heç bir terror əməliyyatı həyata keçirməyib. Amma Fars körfəzi müharibəsindən sonra ABŞ müvəqqəti olaraq Ərəbistanda hərbi qüvvə yerləşdirmişdir. Bu qüvvələr qısa bir vaxtda Ərəbistandan çıxarılsa da, orada xeyli silah saxlanılmışdır. 1995-2000-ci il arası 43 amerikalı ərəbistanlılar tərəfindən terror edilmişdir.

Demokratik fəzanın olmaması və terror

Nyumayer və Plumper bu fikirdədir ki, nəzərdən keçirilən 2 göstərici arasında asılılıq var. Onların nəzərincə beynəlxalq terrorizmdə məhz himayə etdiyi ölkənin terrorçuları aparıcı fiqurlardır. Terror qruplarının bu yolu tutmasının səbəbi ölkədə demokratik fəzanın olmamasıdır. Başqa bir səbəb onların məqsədlərinin xalqın istəklərindən çox-çox uzaq olmasıdır.

Himayə edən ölkədə terror

Terror qrupları öz rejimlərinə təsir üçün onların hamilərini hədəfə alırlar. Məqalənin müəllifləri bildirir ki, bu yolu tutan qruplar problemin həllinə hamının
diqqətini yönəldə bilirlər. Aydın olur ki, mövcud rejim kimlərin himayəsindədir.

Hərbi himayələr azalsa terror da azalar

Professor Nyumayer deyir: “Biz təcrübə ilə sübuta yetirdik ki, Amerikaya daha çox hərbi bağlılığı olan ölkələrdə terrorist qüvvələr daha çoxdur. Araşdırmamızın nəticələrinə görə ABŞ hərbi yardımları azaltsa terror təhlükəsi də azalar."

Hərbi yardımların azaldılması Ağ Evin xeyrinə olmaya bilər? Professor Plumper deyir: “Hərbi yardımların kəsilməsinin Amerikanın strateji maraqlarına uyğun olub-olmaması fərqli məsələdir. Olsun ki, Ağ Ev başqa sahələrdə daha öyük faydalar əldə edir. Hər halda xəsarətlər nəzərə alınmalıdır.”

Bu qanunlar başqa ölkələrdə də qüvvədədir

Məqalə müəllifləri bidirir ki, onların araşdırmaları təkcə Amerikada məhdudlaşmır. Hərbi yardım göstərən bütün ölkələr eyni problemlə üzbəüzdür. Amma araşdırmada Amerika əsas götürülüb. Çünki Amerika ilə bağlı göstəricilər müəlliflərin ixtiyarında olub.

ISLAMTIMES - TƏRCÜMƏ ŞÖBƏSI
Source : Fars informasiya agentliyi
Comment