0
Monday 12 December 2011 - 01:16

Fələstinin bayrağı UNESCO-da

Story Code : 121401
Fələstinin bayrağı UNESCO-da
Fələstinin bayrağı UNESCO-da
Fələstin azadlıq təşkilatının rəhbəri Mahmud Abbas çərşənbə axşamı günü UNESCO-da Fələstin bayrağının qaldırılmasında iştirak edib. UNESCO-nun qərargahı Fransa paytaxtı Parisdə yerləşir.
Mahmud Abbasın sözçüsü bildirir ki, FAT başçısı Fransa prezidenti Sarkozi ilə də görüşüb.


Fələstinlilər oktyabr ayında UNESCO-da yer ala biliblər. Səsvermə zamanı 173 ümumi səsdən 107-si Fələstinin xeyrinə olub. Mərasimdə 14 ölkə Fələstinin əleyhinə, 52 ölkə lehinə səs verib.

Fələstinin UNESCO-ya üzvlüyü elə bir şəraitdə gerçəkləşib ki, İsrail və Amerika lobbiləri misilsiz
müxalifət göstəriblər. Hətta Vaşinqton UNESCO-nun illik büdcəsini kəsib.

Fələstin UNESCO-nun 195-ci üzvü olub. Bu addım Fələstinin BMT-də rəsmi tanınmasında əhəmiyyətlidir.

Vaşinqton dəfələrlə bildirib ki, Fələstinin BMT-yə üzvlüyünə Təhlükəsizlik Şurasında veto qoyacaq. Bu günədək
100-dən artıq ölkə 1967-ci il sərhədləri əsasında Fələstini rəsmi tanıyıb. Bu Şərqi Qüds, Qərb sahili, Qəzzə zolağının işğalından öncəki sərhədlərdir. Bu ərazilər qəsbkar İsrail rejimi tərəfindən işğal olunmuşdur. 

"IslamTimes" - Tərcümə şöbəsi
Comment