0
Wednesday 28 March 2012 - 23:29

Suriyada son durum

Story Code : 148700
Suriyada son durum
Suriyada son durum
Əl-Həqiqə agentliyinin verdiyi xəbərə görə toplantıda məqsəd fikir ayrılıqlarını aradan qaldırmaq olsa da, əksinə ziddiyyətlər daha da kəskinləşib. Nəticədə qrupun bəzi üzvləri toplantını tərk edib.

Müxalif kürd şurasının nümayəndəsi Heysəm əl-Maleh etiraz edib ki “Suriya milli şurası” başqa müxalif qruplara ehtiram göstərmir.

Digər müxaliflər Suriya milli
şurasını Suriya xalqının təmsilçisi kimi elan edib.

Bu elə bir halda baş verir ki, milli partiyaları, ərəb qruplarını, kürdləri, sosialistləri əhatə edən milli kordinasiya heyəti İstanbul toplantısını qəbul etməyib və toplantıya qatılmayıb.

ABŞ xarici işlər naziri Hillari Klinton BMT-nin təmsilçiliyini öhdəçiliyinə götürmüş Kofi Annanın layihəsini mühüm
addım adlandırıb. Klinton deyib: “Bu razılaşma sürətlə həyata keçməlidir.” Klintonun bəyanatı ilə eyni vaxtda Suriya prezidenti Bəşar Əsəd böhran yaşayan Həməs şəhərində olub, Baba Əmr şəhərində xalqla görüş keçirib.

Rusiya Xarici İşlər Nazirliyi elan edib ki, İstanbul toplantısına qatılmayacaq. Rusiya XİN sözçüsü Lukaşeviç ötən
həftəki çıxışında bu barədə açıqlama verib. Rusiya 24 fevralda Tunisdəki toplantıya da qatılmayıb. Sözçü bildirib ki, bunun səbəbi toplantıda bütün qrupların təmsil olunmamasıdır. Lukaşeviç deyib: “Suriyanın dostları” qrupunun Tunis toplantısı göstərdi ki, toplantıdakıların məqsədi böhranın həlli yox, hakimiyyəti ələ keçirməkdir.”
Lukaşeviç Moskvanın Koffe Annan layihəsinə ümid etdiyini bildirib. O Qərb dövlətlərinin Suriya ilə bağlı ikili münasibətini tənqid edib və Yəmən hadisələrini öz sözlərinə dəlil göstərib. Lukaşeviç deyib: “Yəməndə olduğu kimi Suriyada da sülh yolu seçilməlidir. Biz bu baxımdan Kofi Annanın təmsilçiliyini faydalı sayırıq.”

ABŞ-ın Suriyadakı
səfiri Robert Ford elan edib ki, silahlı müxalifət Suriyada insan haqqlarını pozub və bu barədə dəlillər var. Ford ABŞ konqresində çıxışında deyib: “Ötən il Suriyada baş verənlərlə bağlı məlumatlara əsasən müxalifət insan haqqlarını pozub." Digər tərəfdən bildirib ki, Suriyada böhranın həlli üçün ən yaxşı yol hərbi vəziyyət elan olunmasıdır.
Comment