0
Friday 29 June 2012 - 20:30

Dünyanın ikinci şiə ölkəsində pərdə arxasında nələr baş verir?

96% azlıqlı ölkə
Story Code : 175255
Dünyanın ikinci şiə ölkəsində pərdə arxasında nələr baş verir?
Dünyanın ikinci şiə ölkəsində pərdə arxasında nələr baş verir?
Azərbaycan Respublikası əhalisinin 86%-i şiə olmaqla dünyada ikinci şiə ölkəsidir. Ölkənin istər şiə, istər sünni əhalisi hakim qruplaşma tərəfindən elə bir təzyiqlə üzbəüzdür ki, öz dini prinsiplərini təhlükədə görür. Hətta yaxın keçmişdə etiqadlı Azərbaycan xalqı homoseksualların çılpaq gey-paradını seyr etmək təhlükəsi ilə üzbəüz qalmışdı.

Azərbaycan Respublikası İranın şimal qonşusudur. Sovetlər Birliyi dağıldıqdan sonra 1991-ci il 30 avqustda ölkənin müstəqilliyi elan olunmuşdur. Həmin il 18 oktyabrda ölkə tam müstəqillik əldə etmişdi. Həmin vaxtdan indiyədək yarım dağlıq əraziyə və 8.5 milyon əhaliyə malik olan Azərbaycan iqtisadi baxımdan çox inkişaf etmişdir. Zəngin neft yataqları ilə yanaşı qaz, mis, dəmir, alüminium yataqları mövcuddur. Ölkədə pambıq, dənli bitkilər, tütün və çay becərilir.

Amma ölkənin iqtisadi inkişafı, böyük neft gəlirləri sosial və ictimai islahatlarla müşayiət olunmayıb. Siyasi quruluş zahirən demokratik respublikadır. İqtidar iki on ildir Əliyevlər ailəsinin əlində cəmlənib. Hazırkı prezident İlham Əliyev atası Heydər Əliyev kimi ölkədə monarx olaraq yeganə söz sahibidir.

Ölkənin paytaxtı Bakı modern üslubda tikilmiş binalar və məşhur xarici şirkətlərin reklamları ilə bəzənib. Bakıda rəsmi olaraq 2 milyon əhali var. Əslində isə ölkə əhalisinin yarısı paytaxtda cəmləşib.

Rəqəmlər göstərir ki, ölkə əhalisinin 96%-i müsəlmandır. Müsəlmanların 85%-i şiə, 15%-i sünni məzhəblidir. Azərbaycan şiələrin nisbətinə görə İrandan sonra dünyanın ikinci şiə ölkəsidir. Amma əhalinin maksimum 1%-ni təşkil edən hakimiyyət sionist İsrailin təzyiqləri altında müsəlmanları dini sahədə məhdudiyyətlərlə üzbəüz qoyub. Azərbaycan polisinin öz dininə ehtiram tələb edən vətəndaşlara qarşı amansızlığı təsvirlərdə aydın müşahidə olunur.







Azərbaycan siyasi və təşkilati fəsadların vitrinidir

Azərbaycanda iqtisadi-ticari fəaliyyətlər yalnız o zaman səmərə verir ki, hakimiyyətdə olan mafioz qruplaşmaların himayəsi altında olsun. Azərbaycan idarəçiliyində qruplaşmalar arasında ciddi rəqabət var. İqtisadi və ya siyasi fəaliyyət göstərmək istəyən şəxslər mafioz qruplaşmalardan birinə sığınmalıdır. Əlbəttə ki, həmin qrupun Əliyevlər ailəsi ilə yaxınlığı olmalıdır. Mafioz qruplaşma ilə şərik olmadan, haqq ödəmədən addım atmaq mümkün deyil. Belə olmasa fəaliyyətlər daşa dəyir və iş adamları meydanı tərk etməli olur.

a) Siyasi fəsad

İlham Əliyev 2003-cü ildə atası Heydər Əliyevdən sonra hakimiyyətə gəlmişdir. Heydər Əliyev ölümündən öncə oğlunu siyasi varis adlandırmışdı. Atasının ölümünə qədər İlham Əliyev baş nazir, neft şirkətinin rəyis müavini, hakim Yeni Azərbaycan partiyasının sədr müavini olmuşdur.

2003-cü ildə İlham Əliyev çoxlarının saxta saydığı seçkilərlə hakimiyyətə gəldi. Qərbli müşahidəçilər seçkilərin təzyiq altında keçirildiyini ciddi tənqid etdilər. Xalq seçkilərin saxtalığına etiraz etsə də polis amansızlığı ilə rastlaşdı və fəallar həbs edildi.

Seçki saxtakarlığı 2005-ci il parlament seçkilərində də təkrarlandı. Həmin seçkilərdə hakim partiya parlamentdə yerlərin yarıdan çoxunu qazandı. Avropa Birliyi seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bildirdi.

2008-ci il prezident seçkiləri müxalifət tərəfindən baykot edildi. Bununla belə İlham Əliyev 2-ci müddətə prezident seçildi. 2009-cu ildə isə konstitusiyada Əliyevə ömürlük prezident yolu açan qanun dəyişikliyi aparıldı.

2010-cu il parlament seçkiləri də müşahidəçilərin tənqidinə məruz qaldı. Əsas müxalifət partiyaları parlamentdə bir kürsü də qazana bilmədi.

Beləcə siyasi fəza rəqiblərdən təmizləndi, Əliyev rejiminin maliyyə fırıldaqları üçün zəminə yarandı. Azərbaycan hakimiyyəti qapalı hakimiyyət olduğundan və müxaliflər susdurulduğundan bir çox iqtisadi maxinasiyalar gizli qalıb. Bununla belə 2009-cu ildə ABŞ səfirliyinin hesabatında İlham Əliyev mafioz qruplaşma başçısına bənzədildi.

İlham Əliyev hələ də İran, İslam, şiəlik təhlükəsini əlində bəhanə edib neft mənbələrini nəzarətdə saxlamaqla ABŞ və İsrailin himayəsini qazanmağa çalışır.
Comment